"Çelsi" "Barselona"nın "Osasuna"da icarə əsasında çıxış edən hücumçusu Abde Ezzalzuli ilə maraqlanır.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "zadəganlar" mərakeşli futbolçuya yay "transfer pəncərəsi"ndə satılacaq Kristian Pulişiçin əvəzləyicisi gözü ilə baxır.
21 yaşlı Abde "Herkules"də oynadıqdan sonra 2021-ci ildən "Barselona"da çıxış edir.
Xavinin rəhbərliyi altında 12 matçda meydana çıxıb, qol vurub. Hücumçu bu mövsümü icarə əsasında "Osasuna"da keçirir, burada 17 görüşdə bir qol vurub və iki dəfə komanda yoldaşlarına məhsuldar ötürmə verib.