Millimizin rəqibi Ukrayna ilə qarşılaşacaq

16:28 - 13 Fevral 2023

DÇ-2024-ün əsas mərhələsində Azərbaycan millisinin rəqibi olacaq Polşa yığması yoldaşlıq oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, rəqibimiz martın 3-də Kolobrzeqdə Ukrayna futzalçıları ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Polşa – Azərbaycan görüşü martın 7-də keçiriləcək. Buna qədər komandamız martın 3-də Bakı İdman Sarayında Yunanıstanla üz-üzə gələcək.

Xəbər xətti