"Fənərbaxça"nın hücumçusu Enner Valensiya karyerasını İngiltərədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, ekvadorlu futbolçunun xidmətində "Aston Villa" maraqlıdır. Bu barədə "Mirror" nəşri məlumat yayıb. Premyer Liqa təmsilçisi yayda "sarı-lacivərtlilər"lə müqaviləsi başa çatan 33 yaşlı forvardı pulsuz heyətinə qatmağı planlaşdırır.
Enner Valensiya 2020-ci ilin yayından "Fənərbaxça"da çıxış edir. Təcrübəli oyunçu cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 23 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi