Çexiyanın "Sparta" klubunun futbolçusu Yakub Yankto verdiyi açıqlama ilə gündəmə gəlib.
Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi homoseksual olduğunu açıqlayıb. Çexiya millisinin üzvü paylaşdığı video ilə hamoseksual olduğunu bildirib:
"Homoseksualam və artıq bunu gizlətmək istəmirəm. Mən də həyatımı azadlıqda, qorxusuz, qərəzsiz, zorakılıqsız, amma sevgi ilə yaşamaq istəyirəm."
Qeyd edək ki, Yakub Yankto müqavilə ilə "Xetafe"yə məxsusdur. O, "Sparta"da icarə əsasında çıxış edir. Çex yarımmüdafiəçi cari mövsümdə Praqa təmsilçisinin heyətində meydana çıxdığı 10 matçda 1 qol vurub.
saytlarin hazirlanmasi