"Mançester Siti"nin keçmiş futbolçusu Vilfred Boni karyerasını Boliviyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, Fil Dişi Sahilindən olan hücumçu bu ölkənin "Olveys Redi" klubuna keçib. Bu barədə Primera klubunun mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti barədə məlumat verilməyib,
Qeyd edək ki, Vilfred Boni karyerası ərzində "Mançester Sİti"dən başqa "Sparta", "Vitess", "Suonsi", "Stok Siti" kimi klublarda çıxış edib. 34 yaşlı hücumçu son olaraq Niderland "Niymeqen"inin formasını geyinib.
saytlarin hazirlanmasi