"Liverpul"a italiyalı rəhbərlik edə bilər

23:01 - 13 Fevral 2023

"Napoli"nin baş məşqçisi Luçano Spaletti iş yerini dəyişməyə yaxındır.

 

Sportal.az "Calciomercatoweb.com" a istinadən xəbər verir ki, italiyalı mütəxəssis "Liverpul"a rəhbərlik edə bilər. 

 

Belə ki, Mersisayd təmsilçisi Yurgen Kloppla yollarını ayırarsa, Spaletti bu posta təyin olunacaq. Hazırda "Liverpul" İngiltərə Premyer Liqasında 10-cu pillədədir. 

 

Klub rəhbərliyi almaniyalının işindən narazıdır və onunla yollarını ayırmağı planlaşdırır. 

Xəbər xətti