"Marsel", "Liverpul" və Fransa millisinin veteran hücumçusu Cibril Sisse "Milan"ın və "Marsel"in keçmiş fransız futbolçusu Jan-Pyer Papeni futbol kumiri adlandırıb.
Sportal.az xəbər verir ki, "Telefoot"a danışan Sisse Marko van Bastenin fonunda belə, Papenin onun üçün ən yaxşısı olaraq qaldığını deyib:
"Mənim üçün tarixin ən yaxşı hücumçusu kimdir? Mənim üçün Jan-Pyer Papendən daha yaxşısı yoxdur. Ola bilsin ki, Marko van Basten onunla müqayisə oluna bilər. Amma mənim üçün ən yaxşısı Jan-Pyerdir, başqası yox. O, hələ də mənim kumirimdir”.
Papen “France Football”a görə ilin ən yaxşı futbolçusu mükafatı olan "Qızıl top"un qalibidir. Fransız bu mükafata 1991-ci ildə layiq görülüb. Papen dörd dəfə (1989, 1990, 1991 və 1992) Fransanın və iki dəfə İtaliyanın (1993 və 1994) çempionu olub.