"Sabah"dan ayrılan Aleksandr Neçayev özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, 29 yaşlı qapıçı "Minsk"lə anlaşıb.
Neçayev 2022-ci ilin yanvarında "Sabah"a keçmişdi.
Amma Masazır təmsilçisində əsas qapıçı ola bilmədiyindən onunla yollar ayrılmışdı.