"Xviça böyük gələcək vəd edir"

11:59 - 14 Fevral 2023

“Napoli”nin baş məşqçisi Luçano Spaletti komandanın yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın bacarığını yüksək qiymətləndirib.

Sportal.az xəbər verir ki,  “Football Italia”ya danışan italiyalı mütəxəssis gürcü futbolçu haqda bu cür danışıb:

"Kvaratsxeliya driblinq zamanı özünü çox yaxşı hiss edir. Topla yumşaq rəftar edir, ona müqavimət göstərmək çox çətin olan fintlər göstərir. Dar çərçivədə hücumları dəqiq başa vurmaqda belə keyfiyyətlərə malik olanlardan biri də Mohammed Salahdır. O, təzyiq hiss etmir. Xviça sakit oğlandır, görünür. O, böyük gələcək vəd edir".

 

Xəbər xətti