Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi "Qaziantep"dən Lazar Markoviçi transfer edib. Serbiyalı yarımmüdafiəçi bu gün Trabzona gedərək müqaviləyə qol çəkəcək. 28 yaşlı vinger mövsünün sonuna kimi icarə əsasında "Trabzonspor"da çıxış edəcək.
Qeyd edək ki, Lazar Markoviç "Qaziantep"ə mövsümün əvvəlində azad agent statusu ilə keçib. Təcrübəli futbolçu Super Liqa klubunun heyətində meydana çıxdığı 22 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi