"Arsenal"ın çempion ola biləcəyini düşünürəm"

19:24 - 14 Fevral 2023

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger London təmsilçisinin 2022/2023 mövsümündə İngiltərə çempionu olacağına inandığını bildirib.

Sportal.az xəbər verir ki, “goal.com”a açıqlama verən fransalı mütəxəssis bunları deyib:

"Komandanın çempion ola biləcəyini düşünürəm. Çünki hiss edirəm ki, Premyer Liqada adətən təhlükə yaradan bütün komandalar yarışdan kənarda qalıb və yeganə təhlükə “Mançester Siti”dir. Hətta “Mançester Siti” də keçən il və ya iki il əvvəlki kimi təhlükəli deyil. Mən hiss edirəm ki, bu mövsümün əvvəlindən “şəhərlilər” əvvəlki illərlə müqayisədə müdafiədə daha həssas olub".

73 yaşlı mütəxəssis 1996-2018-ci illər arasında "Arsenal"ı çalışdırıb.
 

 

Xəbər xətti