"Mançester Yunayted" Portuqaliya millisinin üzvünü istəyir

19:57 - 14 Fevral 2023

David De Xea ilə yeni müqavilə üçün danışıqlar aparan "Mançester Yunayted" "Porto"nun qapıçısı Dioqu Koştanı komandaya dəvət etməkdə maraqlıdır. 

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, 23 yaşlı qapıçı "Porto" ilə müqavilə müddətini noyabrda 2027-ci ilin yayına qədər uzadıb. 

Hazırda portuqaliyalının transfer qiyməti 75 milyon avrodur. Adıçəkilən qapıçı Qətərdə keçirilən dünya çempionatında Portuqaliya millisinin əsas üzvünə çevrilib.

"Mançester Yunayted" yayda portuqaliyalını heyətinə qatmağa çalışacaq.

Xəbər xətti