Rusiya millisi Braziliya klubu ilə qarşılaşacaq

20:31 - 14 Fevral 2023

Rusiya millisi yığma komandaların oyunları üçün mart ayında fasilə zamanı Braziliya klubları ilə yoldaşlıq oyunları keçirə bilər. 

Sportal.az "metaratings.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFU) nümayəndələri məlumat verib:

"RFS martda milli komandaların oyunlarının təşkili ilə bağlı bir sıra federasiyalarla danışıqlar aparır. Braziliyanın aparıcı klubları ilə oynamaq variantı da nəzərdən keçirilir".

Potensial rəqiblərdən biri kimi "Korintians"ın adı çəkilir və mənbəyə görə, görüşlərin keçiriləcəyi məkan Doha (Qətər), ya Birləşmiş Ərəb Əmirlikləri olacaq. 

Xəbər xətti