Dünya çempionu bu klubu çalışdıracaq

22:24 - 14 Fevral 2023

İtaliyanın SPAL klubunun baş məşqçisinin adına aydınlıq gətirilib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İtaliya millisinin heyətində 2006-cı il dünya çempionu olmuş Massimo Oddo adıçəkilən kluba rəhbərlik edəcək.

46 yaşlı mütəxəssis komandanı B Seriyasında saxlaya bilsə, onun müqaviləsi daha bir il avtomatik uzadılacaq. 

Bir neçə gün əvvəl Daniele De Rossi baş məşqçi postundan istefa vermişdi. 

Oddo isə karyerası ərzində “Peskara”, “Udineze”, “Krotone”, “Peruca”, “Padova” klublarını çalışdırıb.

Xəbər xətti