Azərbaycan millisinin oyununu latviyalı və estoniyalı idarə edəcək

11:26 - 15 Fevral 2023

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün əsas mərhələsinin 6-cı qrupunda Polşa ilə keçirəcəyi matçının hakim təyinatları bəlli olub.

Sportal.az xəbər verir ki, qarşılaşmanı Latviya və Estoniyadan olan hakimlər briqadası idarə edəcək.

Estoniyalı Yaqnar Yakobson, Qriqori Oşomkov və latviyalı İnqus Purins matçda ədalət təmsilçisi olacaqlar. Hakim-inspektor isə sloveniyalı Silvo Borosakdır. 

Martın 7-də Koszalin idman zalında keçiriləcək Polşa - Azərbaycan görüşünə saat 23:00-da start veriləcək.

Xəbər xətti