Bu il keçiriləcək klublararası dünya çempionatının ev sahibliyini edəcək ölkə bəlli olub.
Sportal.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 2023-cü ildəki turnir Səudiyyə Ərəbistanında oynanılacaq.
Adıçəkilən ölkə FİFA tərəfindən bu ilin dekabrında keçiriləcək klublararası dünya çempionatına ev sahibliyi etmək üçün yekdilliklə seçilib.