“Gent”in müdafiəçisi Maykl Nqado-Nqajui komandasının fevralın 16-ı və 23-də Konfrans Liqasının pley-off mərhələsində oynayacaqları “Qarabağ”la görüş haqda danışıb.
Sportal.az xəbər verir ki, UEFA-ya danışan futbolçu bunları deyib:
"Qarabağ" haqda çox az məlumatım var. Bilirəm ki, hər il avrokuboklarda çıxış edən komandadan danışırıq. Onların çox yaxşı oyunçuları var. “Qarabağ”ın əvvəlki iki-üç görüşlərinə baxa bildim. Onların heyətində çoxlu braziliyalı var. "Qarabağ" topa yaxşı nəzarət edən komandadır".
saytlarin hazirlanmasi