Rusiya millisinin üzvü üçün 12 milyon avro

13:43 - 15 Fevral 2023

"Torino" "Atalanta"dan Aleksey Mirançuku transfer etmək üçün danışıqlara başlayıb. 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin təmsilçisi 27 yaşlı rusiyalı yarımmüdafiəçi üçün 12 milyon avrosundan keçməli olacaq. 

Hazırda Mirançuk "Torino"da icarə əsasında çıxış edir. Onun icarə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. O, müqavilə ilə "Atalanta"ya məxsusdur. 

Mirançuk 2022/2023 mövsümündə İtaliya çempionatında 16 oyun keçirib, dörd qol vurub və üç məhsuldar ötürmə verib. 

 

Xəbər xətti