Paytaxt klubunda ciddi itki

13:59 - 15 Fevral 2023

PSJ-nin aparıcı üzvü Əşrəf Hakimi zədələnib.

Sportal.az xəbər verir ki, 24 yaşlı müdafiəçi ÇL-in 1/8 finalında "Bavariya" ilə ilk görüşündə (0:1) sıradan çıxıb.

Hakiminin əzələ yorğunluğu səbəbindən sıradan çıxdığı ehtimal olunur. Mərakeşli futbolçu ikinci hissənin əvvəllərində komanda yoldaşı ilə əvəzlənib.

Onun Münhendəki matçda meydana çıxıb-çıxmayacağı tibbi müayinədən sonra bəlli olacaq. 

Xəbər xətti