"Kəpəz"in aparıcı üzvü yayda komandasını dəyişə bilər

15:34 - 15 Fevral 2023

"Kəpəz"in aparıcı üzvü Abdullahi Şuaybu yaydan sonra Gəncə klubunda qalmaya bilər.

Sportal.az saytına verilən məlumata görə, Gəncə təmsilçisinin hücumçusu yayda komandasını dəyişməyə yaxındır.

Onun xidmətində maraqlı olan klublar var. Premyer Liqanın iki iddialı klubu Şuaybu üçün yayda forvardla danışıq aparacaq. Mənbənin iddiasına görə, "Neftçi" və "Qəbələ" nigeriyalının xidmətində maraqlıdır.

Xəbər xətti