Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Hatayspor"dan Sem Adekuqbeni transfer edib. Bu barədə Türkiyə mediası məlumat yayıb.
"Qalatasaray" kanadalı sol cinah müdafiəçisini mövsümün sonuna kimi icarəyə götürəcək. Klublar arasındakı anlaşmada satınalma maddəsi yer alacaq.
Qeyd edək ki, Sem Adekuqbe "Hatayspor"a 2021-ci ilin yayında "Valerenqa"dan transfer olunub. 28 yaşlı müdafiəçi cari mövsümdə Super Liqa təmsilçisinin heyətində 19 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi