Azərbaycanlı hakimlər Türkiyədə 3 oyun idarə edəcək

19:18 - 15 Fevral 2023


Türkiyənin Antalya və Alanya şəhərlərində təlim-məşq toplanışında olan qadınlardan ibarət milli komandaların hazırlıq xarakterli turniri keçirilir.

 

Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının müraciəti əsasında AFFA-nın Hakimlər Komitəsi tərəfindən FIFA referisi Fəridə Lütfəliyeva, həmçinin FIFA referi köməkçiləri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə Türkiyəyə ezam olunub.

 

Hakimlərimiz turnir çərçivəsində bu gün Estoniya – Kosovo,  fevralın 18-də Makedoniya – Bolqarıstan, fevralın 21-də isə Estoniya – Makedoniya oyunlarını idarə edəcəklər.

Xəbər xətti