Braziliya millisinin yeni baş məşqçisi açıqlandı

18:58 - 15 Fevral 2023

Futbol üzrə Braziliya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, beşqat dünya çempionlarını Ramon Menezes çalışdıracaq. Bu barədə Braziliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

 

50 yaşlı mütəxəssis hələlik baş məşqçinin səlahiyyətlərini icra edəcək. "Sambaçılar" onun rəhbərliyi altında ilk matçını yoldaşlıq oyunu çərçivəsində 25 mart tarixində Mərakeşə qarşı keçirəcək.

 

Ramon Menezes bu ilin mart ayından Brazliyanın U-20 milli komandasını çalışdırırdı.

 

Qeyd edək ki, DÇ-2022-dən sonra Braziliya yığmasının baş məşqçisi Tite istefaya göndərilmişdi.

Xəbər xətti