15 fevralda İsrailin paytaxtı Tel-Əviv şəhərində Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub.
Xatırladaq ki, Azərbaycan milli yığma komandası yarışda 10 cüdoçu ilə təmsil olunacaq. Yarış Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
-60 kq.
Balabəy Ağayev - Matan Kokolayev (İsrail) / Brayan Qarboa (Ekvador) qarşılaşmasının qalibi
Turan Bayramov - Mohammad Raşnonezad (Beynəlxalq Cüdo Federasiyası)
-66 kq.
Orxan Səfərov - Xoakin Tovalyari (Argentina)
-73 kq.
Nurlan Osmanov - Mixeil Baxbaxaşvili (Gürcüstan)
-81 kq.
Rüstəm Orucov - Bolor-Oçir Qereltuya - (Monqolustan)
Zelim Tçkayev - Batbold Bulqan (Monqolustan)
-90 kq.
Məmmədəli Mehdiyev - Mamedali Açildiyev (Türkmənistan)
-100 kq.
Zelim Kotsoyev - Rafael Buzakarini (Braziliya) / Thomas Brikeno (Çili) qarşılaşmasının qalibi
+100 kq.
Uşanqi Kokauri - Mirkea Kroitoru (Rumıniya) / Freddy Fiqueroa (Ekvador) cütlüyünün qalibi
Camal Qamzatxanov - Xose Nova Alkantara (Dominikan) / Kone Losseni (Almaniya) görüşünün qalibi
saytlarin hazirlanmasi