"AAAF Xırdalan" qələbə qazandı

22:30 - 15 Fevral 2023

Azərbaycan Basketbol Liqasında 18-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, açılış oyununda lider NTD “AAAF Xırdalan”la üz-üzə gəlib. “Sərhədçi” İdman Mərkəzində baş tutan görüş Xırdalan təmsilçisinin 95:77 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Ən məhsuldar basketbolçular NTD-dən Londel Kinq (23 xal, 19 ribaund), “AAAF Xırdalan”dan isə Deymon Makdouel (34 xal, 5 ribaund) olublar.

 

Turun “Sabah” – “Gəncə”, “Neftçi” İK – “Olimpik Şəki”, “Zirvə Astara” – “Sərhədçi” oyunları 18-19 fevralda keçiriləcək.

Xəbər xətti