"Qarabağ"la oyun üçün 19 futbolçu

10:41 - 16 Fevral 2023

Belçikanın "Gent" klubu bu gün Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"a qarşı keçiriləcək ilk matçı üçün sifariş ərizəsini açıqlayıb.

Sportal.az xəbər verir ki, Belçika klubunun baş məşqçisi Heyn Vanhazebruk bugünkü oyun üçün 19 futbolçuya şans verə bilər. 

Qapıçılar: Pol Nardi, Davi Ruf, Luis Fortin

Müdafiəçilər: Cozef Okumu, Maykl Nqado-Nqajui, Alessio Kastro-Montes, Cordan Torunariqa, Nuriu Fortuna, Bruno Qodo

Yarımmüdafiəçilər: Honq Hyun Suk, Julien de Sar, Endryu Yülsager, Sulayman Marreh, Sven Kums

Hücumçular: Yens-Petter Heuqe, Hugo Keypers, Malik Fofana, Gift Orban, Loran Depuatr

Maraqlıdır ki, UEFA-nın rəsmi saytında “Gent”in iştirak ərizəsində yer alan qapıçı Luis Fortinin adı yoxdur.

"Qarabağ" - "Gent" matçı bu gün Bakıdakı “Tofiq Bəhramov” stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

Xəbər xətti