"Gent"in kapitanı: "Qarabağ"ı məğlub etmək olduqca çətin işdir"

11:30 - 16 Fevral 2023

Belçikanın "Gent" klubunun kapitanı Sven Kums komandasının bu gün Bakıda Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"a qarşı keçirəcəyi ilk görüşü barədə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, belçikalı futbolçu "Het Nieuwsblad" portalına açıqlamasında bunları deyib:

"Qarabağ"ın nəticələri yaxşıdır, bu dəqiqdir. Unutmayın ki, onlar Çempionlar Liqasının qrup mərhələsinə düşməyə çox yaxın idilər. Yalnız son mərhələdə uduzdular, sonra isə Avropa Liqasında səkkiz xal topladılar. “Qarabağ”ı məğlub etmək olduqca çətin işdir. Biz Avropa Liqasının seçmə oyunlarında “Omoniya”ya uduzmuşduq. Sonra isə onlar qrupda bir xal da qazana bilmədi. Bu da nədənsə xəbər verir. “Qarabağ”ı qiymətləndirməmək olmaz".

"Gent" in builki performansına gəlincə, yarımmüdafiəçi bu cür danışıb: “Bəli, son həftələrdə çox asanlıqla qollar buraxırıq. Bəzən hücumda yaxşı oluruq, amma müdafiədə belə deyil. Bunun əksi olduğunu anlar da var. Bütün matçı bu cür oynamağa şad olardıq ki, həm hücumda, həm də müdafiədə işimiz yaxşı getsin”.

"Qarabağ"la matçlardan dərhal sonra “Brügge” ilə oyun günü Kumsun 35 yaşı tamam olacaq. Bu münasibətlə təcrübəli yarımmüdafiəçi bunları deyib: “Çox yaxşı ad günü ola bilər. Bəs həqiqətən oyundan sonra bayram edəcəyik? Hələ bilmirəm. Məncə 35 çətin yaşdır. Gözəl rəqəm deyil".

Xəbər xətti