İtaliya A seriyasının təmsilçilərindən olan "Salernitana"nın yeni baş məşqçisinin adına aydınlıq gətirilib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Paulo Souza bu posta dəvət edilib.
52 yaşlı mütəxəssis İtaliya klubu ilə 5 aylıq müqavilə imzalayıb.
O, komandanı aşağı liqaya düşməkdən xilas etsə, müqavilənin müddəti iki illik uzadılacaq.
Portuqaliyalı mütəxəssis “Suonsi”, “Lester”, “Bazel”, “Fiorentina”, “Bordo”, “Flamenqo” klubları və Polşa yığmasını çalışdırıb.