"Tottenhem" sabiq çalışdırıcısını geri qaytaracaq

12:49 - 16 Fevral 2023

"Tottenhem" Antonio Konte ilə yollarını ayırmağa hazırlaşır.

Sportal.az "TalkSPORT"a istinadən xəbər verir ki, London klubu italiyalı mütəxəssisi əvəzləyəcək məşqçinin adına da aydınlıq gətirib.

Belə ki, ingilislər Maurisio Poçettinonu yenidən baş məşqçi postuna təyin etmək niyyətindədir. 

İngiltərə klubunun rəhbərliyi artıq argentinalı ilə danışıqlara başlayıb. 

50 yaşlı məşqçi  2014-2019-cu illərdə "Tottenhem"i çalışdırıb.

Xəbər xətti