"Nyukasl" gürcü üçün 100 milyon xərcləməyə hazırdır

13:57 - 16 Fevral 2023

"Napoli" və Gürcüstan millisinin yarımmüdafiəçi Xviça Kvaratsxeliya İngiltərəyə yollana bilər.

Sportal.az "Tribal Football"a istinadən xəbər verir ki, Xviçaya "Nyukasl"dan təklif alıb.

Kvaratsxeliya üçün İngiltərə klubu 100 milyon avro xərcləməyə hazırdır.

​22 yaşlı futbolçunun “Napoli” ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti