"Bavariya" ingilis forvardı istəyir

14:34 - 16 Fevral 2023

"Bavariya" İngiltərə millisinin və "Tottenhem"in hücumçusu Harri Keyni transfer edəcəyinə ümid edir.

Sportal.az "SportBild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi Keyn üçün danışıqlara start verib. 

Almanlar ingilis forvard üçün bir neçə dəfə "Tottenhem"ə müraciət etsə də, keçid baş tutmamışdı.

Keyn London klubu ilə müqavilə müddətini 2024-cü ilə qədər uzada bilər. Əgər forvard "Bavariya"ya razılıq verərsə, yayda transfer həyata keçəcək.

Xatırladaq ki, cari mövsümdə Keyn “Tottenhem”in heyətində 32 oyun keçirərək bütün turnirlərdə 19 qol vurub. 

Xəbər xətti