"Milan" "Atalanta"nın qapıçısını heyətinə qatacaq

15:13 - 16 Fevral 2023

"Atalanta"nın qapıçısı Marko Sportiello yayda azad agent kimi "Milan"a keçəcək. 

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "rossonyerlər" 30 yaşlı italiyalını rəqabəti artırmaq üçün heyətinə qatmaq fikrindədir. 

Yayda ikinci qapıçı hesab edilən Çiprian Tataruşanunun "Milan"ı tərk edəcəyi gözlənilir.

Bu mövsüm Marko Sportiello A Seriyasında "Atalanta"nın heyətində 7 oyun keçirib, doqquz qol buraxıb və iki matçda qapısını toxunulmaz keçirib. 

30 yaşlı qolkiper “Sereyno”, “Poqqibonsi”, “Karpi”, “Fiorentina”, “Frozinone” klublarının qapısını qoruyub.

Xəbər xətti