"Tottenhem"in baş məşqçisi Antonio Konte gələcəkdə İtaliya millisinə qayıda biləcəyini bildirib.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis məsələ haqda bu cür danışıb:
"İnsanlar İtaliyanın mənim üçün nə qədər dəyərli olduğunu bilirlər. İtaliya mənim ürəyimdədir. Mən heç bir gün İtaliya millisinə qayıdacağımı istisna etmirəm".
53 yaşlı məşqçi 2014-2016-cı illərdə İtaliya millisini çalışdırıb.