"Atletiko Paranaense"nin hücumçusu Vitor Roke karyerasını Avropada davam etdirə bilər.
Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, "Arsenal" 17 yaşlı futbolçunu transfer etmək fikrindədir.
Londonluların baş məşqçisi Mikel Arteta futbolçunun transferində maraqlıdır. Braziliyalı futbolçu ilə "Barselona"nın da transfer siyahısındadır.
"Atletiko Paranaense" Roke üçün 100 milyon avro istəyir. Vitorun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir. O, “Kruzeyro” yetirməsidir.
saytlarin hazirlanmasi