İspaniya milli koamndasının keçmiş üzvü olan Fernando Lyorente peşəkar futbolçu karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, məşhur hücumçu 38 yaşında futbolla vidalaşıb. Lyorente qərarını sosial şəbəkə hesabında ictimaiyyətlə bölüşüb.
Qeyd edək ki, Fernando Lyorente Bilbao "Atletik"inin yetirməsidir. O, karyerası ərzində "Yuventus", "Sevilya", "Suonsi", "Tottenhem", "Napoli" və "Udineze"də çıxış edib. Son klubu "Eybar" olan futbolçu İspaniya millisi ilə Avropa və dünya çempionluğu yaşayıb.
saytlarin hazirlanmasi