"Qalatasaray"da yeni müdafiəçi - RƏSMİ

13:46 - 17 Fevral 2023

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Hatayspor"dan Sem Adekuqbeni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayı. Kanadalı sol cinah müdafiəçisi mövsümün sonuna kimi icarə əsasında "Qalatasaray"da çıxış edəcək.

Qeyd edək ki, Sem Adekuqbe "Hatayspor"a 2021-ci ilin yayında "Valerenqa"dan transfer olunub. 28 yaşlı müdafiəçi cari mövsümdə Super Liqa təmsilçisinin heyətində 19 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti