Birinci divizion klubları cərimələndi

14:50 - 17 Fevral 2023

Bu gün İntizam Komitəsinin iclası keçirilib. 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, AFFA birinci divizion klubları cərimələyib.

I Divizion XVII turunun “Qaradağ Lökbatan”  – “Neftçi-2” oyununda meydança sulanmadığına görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilsin (maddə 84);

“Neftçi-2” komandasının 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin (maddə 39);

XVII turun “Zirə-2”  – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin (maddə 39);

XVII turun “Mingəçevir”  – “Zaqatala” oyununda “Mingəçevir” klubunun futbolçusu Elsevər Bəkirzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın və klub 320 manat cərimə edilsin (maddə 37.3.);

​“Zaqatala” klubunun nümayəndəsi iclasa gəlmədiyinə görə klub 80 manat cərimə edilsin (maddə 62.1).

Xəbər xətti