"Qarabağ"la matçda penalti dəf edən qolkiper: "Bəxtim də gətirdi"

15:03 - 17 Fevral 2023

Belçikanın "Gent" klubunun qapıçısı Davi Ruf Konfrans Liqasının ilk pley-off matçında "Qarabağ"a Bakıdakı (0:1) məğlubiyyətlərini şərh edib.

Sportal.az xəbər verir ki, "Sporza"ya danışan qolkiper matçın ikinci hissəsində Ramil Şeydayevin penalti vuruşunu dəf etməsini də xatırlayıb:

"Penalti zamanı bir az bəxtim də gətirdi. Çünki zərbədən əvvəl çox erkən tullanmışdım. Xoşbəxtlikdən ayağımın ölçüsü 48,5 santimetrdir və mən topa toxuna bildim. Buraxdığımız qol epizoduna gəlincə, topu pis uzaqlaşdırdım, ayağım qazona ilişdi. “Qarabağ”ın futbolçuları orta xəttdə topu ələ keçirərək yaxşı oynamağı bacardılar. İlk hissədəki kimi oynasaq, Belçikadakı cavab matçında şansımız olacaq. Artıq səhv edə bilmərik, çünki “Qarabağ” ağıllı komandadır. Gentdə daha çox əks-hücumlarda oynayacaqlar".

Mirbağırağa

 

Xəbər xətti