"Qalatasaray" qolkiperi ilə yollarını ayırıb.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin yetirməsi olan İsmail Çipe birinci liqada oynayacaq.
O, “Boluspor”la müqavilə imzalayıb. O, 2024-cü il iyunun 30-na qədər adıçəkilən kluba məxsus olacaq.