"Azərbaycan və Rusiya Premyer Liqası arasında səviyyə fərqi yoxdur"

15:33 - 17 Fevral 2023

“Sağolsunlar, klubda hamı məni yaxşı qarşıladı. Hər şey də yaxşı gedir. Mən Rusiyada oynayanda da, həmişə Azərbaycan çempionatına baxırdım. Bütün komandaları tanıyırdım. Milli komandada oynayanları da həmçinin. Bu mənada, heç bir problem yoxdur”.

Sportal.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın yeni transferi Kamran Əliyev “CBC Sport”a açıqlamasında deyib.

Rusiyanın birinci divizion klubu olan “Arsenal”dan (Tula) ayrılaraq “Sumqayıt”a keçən forvard Azərbaycan və Rusiya Premyer Liqasını da müqayisə edib. Onun fikrincə, liqalar arasında böyük səviyyə fərqi yoxdur: “Azərbaycan və Rusiya Premyer Liqası arasında elə də səviyyə fərqi yoxdur. Məncə, eyni səviyyədə olan çempionatlardır. “Zenit” və 1-2 komanda üstün ola bilər. Ancaq ümumilikdə səviyyə fərqi yoxdur”.

Mirbağırağa

Xəbər xətti