"Barselona"nın yarımmüdafiəçisi Pedri Avropa Liqasının pley-off mərhələsinin "Mançester Yunayted"lə (2:2) ilk oyununda zədələnib.
Sportal.az "Catalunyo Radio"ya istinadən xəbər verir ki, gənc futbolçu bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.
İlkin tibbi müayinə zamanı Pedrinin sağ ayağının budunun düz əzələsindən zədə aldığı dəqiqləşib.
İspaniyalı futbolçu fevralın 23-də “Mançester Yunayted”lə keçiriləcək Avropa Liqasının cavab oyununu və İspaniya kubokunun yarımfinalında “Real”la ilk matçını buraxacaq.
saytlarin hazirlanmasi