"Gent"in kapitanı: "İlk hissədə göstərdik ki, "Qarabağ"ı məğlub etməyə qadirik"

19:11 - 17 Fevral 2023

"Gent"in kapitanı Sven Kums Konfrans Liqasının ilk pley-off matçında "Qarabağ"a Bakıdakı məğlubiyyəti (0:1) şərh edib.

Sportal.az xəbər verir ki, "Het Nieuwsblad" portalına danışan Belçika klubunun üzvü Ağdam klubu ilə görüşdə yaxşı oynadıqlarını bildirib:

"Fasiləyə qədər rəqibi nəzarətdə saxlaya bilirdik. Sonradan rəqib bizi meydanın yarısında sıxmağa başladı və biz hücuma çıxmaqda çətinlik çəkdik. Buna görə də, onlara təhlükə yarada bilmədik. Penaltiyə gəlincə, hakim mənə dedi ki, həqiqətən də top komanda yoldaşımızın dayaq qoluna dəyib. İlk hissədə Bruno Qodonu açıq-aydın əllə tutmuşdular, amma penalti təyin edilmədi.

İkinci hissədə biz topu itirən kimi “Qarabağ” futbolçuları tez yerlərini dəyişərək əks hücuma keçirdilər. Hər şeyi öz xeyrimizə dəyişə bilərik. Evdə, şübhəsiz ki, azarkeşlərimizin dəstəyi ilə şansımız var.

“Qarabağ” bərk komandadır, bunu əvvəlcədən bilirdik. Bununla belə, ilk hissədə göstərdik ki, bu rəqiblə oynaya bilərik və həqiqətən də “Qarabağ”ı məğlub etməyə qadirik. Bütün 90 dəqiqə ərzində belə səviyyə nümayiş etdirə bilsək, düşünürəm ki, şansımız olacaq. Ümid edirəm ki, ikinci oyun üçün bəzi futbolçuları geri qaytara bilərik. Bununla belə, bazar günü bizi daha bir vacib qarşılaşma gözləyir. Mümkün qədər tez bərpa olunmaq lazımdır". 

Mirbağırağa

Xəbər xətti