Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" yoldaşlıq görüşü keçirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Konya təmsilçisi “Afyonspor”la üz-üzə gələcək.
Qarşılaşma fevralın 21-də baş tutacaq.
Mahir Emrelinin yeni komandasında debüt edəcəyi gözlənilir.
Bu matçda əldə edilən bütün gəlir zəlzələdən zərər çəkənlər üçün yaradılmış fonda göndəriləcək.