Ulduz futbolçu klubunu tərk edir

14:58 - 18 Fevral 2023

Marselo Yunanıstanın "Olimpiakos" klubundan ayrılacaq,

 

Sportal.az "The Atletic"ə istinadən xəbər verir ki, Pirey təmsilçisi braziliyalı sol cinah müdafiəçisinin müqaviləsini ləğv edəcək. 36 yaşlı futbolçu artıq özünə yeni klub axtarır.

 

Qeyd edək ki, Marselo "Olimpiakos"a mövsümün əvvəlində "Real"la müqaviləsi bitdikdən sonra azad agent statusu ilə keçib. Braziliya millisinin sabiq üzvü komandanın heyətində meydana çıxdığı 10 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti