"Barselona"dan müdafiəçi transferi - RƏSMİ

15:51 - 18 Fevral 2023

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İspaniya klubu "Los Anceles Qalaksi"dən Xulian Arauxonu transfer edib. Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Meksikalı sağ cinah müdafiəçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

 

Julian Arauxo 2018-cı ildən "Los Anceles Qalaksi"də çıxış edir. 21 yaşlı futbolçu ABŞ klubunun heyətində meydana çıxdığı 111 rəsmi matçda 2 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti