İsrailin paytaxtı Tel-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirinin sonuncu günündə 2 cüdoçumuz finala vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, -100 kq. çəkidə Zelim Kotsoyev finalda niderlandlı cüdoçu Maykl Korrel ilə, +100 kq. çəkidə Uşanqi Kokauri isə monqolustanlı cüdoçu Tsetsentsenqel Odxu ilə qızıl medal uğrunda mübarizə aparacaq.
-90 kq. çəkidə Məmmədəli Mehdiyev braziliyalı cüdoçu Rafael Makedo ilə bürünc medal uğrunda güclərini sınayacaq.
saytlarin hazirlanmasi