"Olimpiakos" Marselo ilə yollarını ayırıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Pirey klubu tanınmış müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib. Onlar braziliyalının çıxışından narazı olduğu üçün bu addımı atıblar.
Marselo mövsümün gedişində Yunanıstan klubu ilə müqavilə imzalamışdı.
Xatırladaq ki, Marselo bu mövsüm Avropa Liqasının qrup mərhələsinin oyunlarında "Olimpiakos"un heyətində "Qarabağ"a qarşı oynamışdı.