Rüfət oynadı, "Şalke" uduzdu

10:19 - 19 Fevral 2023

Almaniyanın Qərb Regional Liqasında 23-cü turun matçları oynanılıb.

Sportal.az xəbər verir ki, milli komandamızın sabiq forvardı Rüfət Dadaşovun formasını geyindiyi "Şalke-2" "Kaan-Marienborn"un qonağı olub.

Dadaşovun komandası bu görüşdən 1:2 məğlubiyyətlə ayrılıb. Start heyətində meydana çıxan Rüfət sona qədər meydanda olub.

"Şalke-2" hazırda 34 xalla 8-ci pillədə yer alıb.

Xəbər xətti