“Çelsi”nin baş məşqçisi Qrem Potter Premyer Liqanın 24-cü turunda "Sauthempton"a məğlubiyyəti (0:1) şərh edib.
Sportal.az xəbər verir ki, “Sky Sports”a danışan ingiltərəli mütəxəssis uğursuzluğa görə onu günahlandıranları anlayışla qarşıladığını bildirib:
"Evdəki məğlubiyyətdən sonra ünvanımıza istənilən tənqid başadüşüləndir. Çətin dövr keçirdik, gənc futbolçuların Premyer Liqaya uyğunlaşması ilə bağlı çoxlu problemlər yaşadıq. Çoxları problemin məndə olduğunu düşünür. Amma düşünmürəm ki, onlar haqlıdır. Lakin bu, onların fikirlərini ifadə edə bilməyəcəkləri demək deyil. Biz geriyə addım atdıq. İkinci hissədə reaksiya yaxşı var idi, amma yetərli deyildi".
saytlarin hazirlanmasi