"Benfika"nı İngiltərə klubuna dəyişəcək

11:47 - 19 Fevral 2023

“Benfika”nın müdafiəçisi Alexandro Qrimaldo İngiltərə yollana bilər. 

Sportal.az “FootballInsider”ə istinadən xəbər verir ki, adıçəkilən futbolçuya “Lids”dən təklif gəlib. 

"Lids" bunun üçün “Benfika” ilə danışıqlara başlayıb. 27 yaşlı futbolçunun İngiltərə klubuna keçidi yay “transfer pəncərəsi” zamanı baş tutacaq.

​Qrimaldonun “Benfika” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
“Barselona” yetirməsi olan ispaniyalı 2016-cı ildə “Benfika”ya keçib.

 

Xəbər xətti